“Xəzər Lənkəran”da türkmənistanlı futbolçu
“Xəzər Lənkəran” klubu daha bir futbolçunu baxışa dəvət edib. İdman.com.az saytının məlumatına görə, bir əcnəbi və iki yerli futbolçu sınayan baş məşqçi Cüneyd Biçər, indii də asiyalı türkmən oyunçunu baxışdan keçirir. Bu, Türkmənistanın gənclərdən ibarət yığma komandasının üzvü Elman Taqayevdir. Yarımmüdafiəçi “Aşqabad” klubundan gəlib.

Cüneyd Biçər bu futbolçunu komandanın Antalya toplanışında sınadıqdan sonra qərər verəcək. Qeyd edək ki, indiyədək Malidən Tounkara Sadio, “Turan”dan Akif Tağıyev və “Rəvan”dan Qafar Əliyevlə müqavilə bağlayıb.

Xəbər 918 dəfə oxundu.