"İnter"də yeni məşqçi
Məlum olduğu kimi, "İnter"in baş məşqiçisi Kaxaber Sxadadze mövsümün sonunadək Bakı klubunu və Gürcüstan millisini çalışdıracaq. Bu səbəbdən texniki heyət Marino Pusicin simasında əlavə köməkçi məşqçilə gücləndiriləcək.

Marino Pusic 1971-ci il avqustun 18-də Bosniya və Hersoqovinanın Mostar şəhərində anadan olub. Peşəkar futbolçu kimi o, "Red Star"(Belqrad), "Velez" (Mostar, Bosniya və Hersoqovina), "FC Köln"(Almaniya), "De Graafschap"(Hollandiya), "Go Ahead Eagles" (Hollandiya) kimi klublarda və iki oyun Bosniya və Hersoqovina yığmasında çıxış edib. Marino Pusic 2009-2013-cü illərdə "Vitesse Arnhem"(Hollandiya) klubunun 19 yaşlılardan ibarət komandasını çalışdırıb, 2013-cü ildə isə UEFA Pro lisenziyasını alıb. 2013- cü ilin iyulun 1- dən 2014-cü ilin oktaybr ayınadək "NAC Breda" (Hollandiya) klubunda köməkçi məqçi kimi çalışıb.

"İnter" komandasının idman direktoru Roland Vroomans Marino Pusic haqqında klubun saytına deyib: “ Biz onu mövsümün sonunadək texniki heyəti gücləndirmək üçün yaxşı namizəd hesab edirik. Bununla da biz diqqətimizi əsas komandanın oyunçularına və nəticəyə yönəldərik. Eyni zamanda biz komandanın yeni texniki heyətini gələcək bir nece il ərzində formalaşdıra bilərik"

Xəbər 894 dəfə oxundu.