Güləşçilər Xocalı faciəsinin qurbanlarını ehtiramla yad edib / FOTO
Güləş üzrə ölkə yığma komandalarının üzvləri Xocalı faciəsinin qurbanlarını ehtiramla yad edib.

Yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandanın üzvləri faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Abidənin qarşısına gül dəstələri qoyulub, şəhidlərimizin xatirəsi ehtiramla yad olunub.

Sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandanın üzvləri isə "Xocalıya Ədalət" Kampaniyasına qoşularaq, xüsusi hazırlanmış maykalar geyinərək faicə qurbanlarının xatirəsini yad edib.

Xocalı qurbanlarının əziz xatirəsinə ehtiram əlaməti olaraq Federasiyanın inzibati binasının önündə bayraqlar aşağı endirilib və qara lentlə bağlanılıb.

Xəbər 927 dəfə oxundu.