“Neftçi”nin oyunu “Eurosport” kanalında
Antalyada Əhməd Qədirovun xatirəsinə həsr olunacaq turnirin iştirakçıları siyahısında dəyişiklik edilib. İdman.com.az saytı fanat.az-a istinadən xəbər verir ki, ölkəmizdən “Neftçi”nin qatılacağı yarışın 2 iştirakçısı yarışa qatılmayacaq.
Təşkilatçılar Ukraynanın “Obolon” və Çinin “BİT FC Pekin” klubunu siyahından çıxarıb. Onları Rusiya, Qazaxıstan və ya Avropa klubları əvəz edə bilər.

Turnirin oyunları bir sıra telekanallarla canlı yayımlanacaq. Belə ki, “NTV+”,.”Futbol 2″ və “Eurosport” kanalların oyunları dünyaya yayımlayacaq. Həmçinin Türkiyə, Rumıniya, Ukrayna və Azərbaycan klublarının da turnirin oyunlarını azarkeşlərə təqdim etməsi gözlənilir.
Qeyd edək ki, turnirdə Azərbaycanın “Neftçi”, Rusiyanın “Terek”, Ukraynanın “Metallist”, Rumıniyanın “Rapid”, Polşanın “Polonya” və Özbəkistanın “Paxtakor” klublarının iştirak edəcəyi dəqiqləqşib.

Xəbər 1075 dəfə oxundu.