Alonso bəzi şeyləri xatırlaya bilmir
Maklaren pilotunun pilotu Fernando Alonsonun mövsümün ilk qran prisində iştirakı sual altındadır. Bu barədə İtaliyanın La Gazetta dello Sport qəzeti məlumat verib.

Mənbənin məlumatına görə Barselonadakı testlər zamanı qəzadan sonra amneziya baş verib.

«Alonso evə qayıdıb. Avstraliya qran prisində iştirakına tam əmin olmaq olmaz. O öz həyatının bəzi aspektlərini xatırlaya bilmir», – deyə italyan jurnalist Lorenso di Luka bildirib.

Xəbər 815 dəfə oxundu.