Azərbaycan idmançısı Camal Rəhimov İspaniyada keçirilən yarışda beşinci olub
Atçılıq idmanının konkur növü üzrə Azərbaycan millisinin kapitanı Camal Rəhimov İspaniyanın Valensiya şəhərində keçirilən “Oliva Nove Tour” yarışlarında iştirak edib.

İdmançımız turnirdə üç müxtəlif atla mübarizə aparıb. C.Rəhimov “Duanda Of The Lowlands Z” ləqəbli atla 5-ci, “Excenel V” ləqəbli atla 6-cı, “Warrior” ləqəbli atla isə 14-cü yeri tutub.

Turnirdə 60-dan çox idmançı yarışıb.

Xəbər 1088 dəfə oxundu.