“Fəcr Open “ beynəlxalq şahmat turniri
İranın Urmiya şəhərində keçirilən ənənəvi 23-cü “Fəcr Open” beynəlxalq şahmat turniri başa çatıb. Turnirdə 8 ölkədən (7 beynəlxaq qrosmeystr,8 beynəlxalq usta və 10 FİDE ustası ) 157 zəka sahibi qələbə uğurunda mübarizə aparırdı.

Ölkəmizi bu turnirdə Azər Mirzəyev, Loğman Quliyev, Pərviz Qasimov, Urfan Sevdimaliyev, Ayaz Məmmədov, Nicat Ağayev, Asif Həsənov, Sadiq Məmmədov, Aynur Kətanova, Ələddin Bayramov, Bahəddin Hətəmov, Seyid Hüseyn və Zərrin Məmmədli təmsil edirdilər.

Sonuncu turda Loğman Quliyev yerli şahmatçı Kaveh Haziolşarif üzərində qələbə qazanaraq 7.5 xalla turnirin qalibi olub. Azər Mirzəyev isə Latviya təmsilçisi İlmars Starostitslə xalları yarı bölərək 7.5 xalla turnirin gümüş mükafatçısı adına layiq görülüb.Həmyerlilərimizlə eyni xal toplayan Latviyalı İlmars Starostits isə əlavə göstəricilərə görə yarışın bürünc mükafatçısı olub.

Urfan Sevdimalıyev aktivinə 6 xal yazaraq 28-ci, Toğrul Həsənzadə 5.5 xalla 34-cü və Pərviz Qasımov da eyni xal toplayaraq 40-cı yerə çıxıb. Sadiq Məmmədov və Aynur Kətanova 5 xal, Hüseyn Seyid və Zərrin Məmmədli 4 xal, Bahəddin Hətəmov və Ələddin Bayramov 3.5 xal toplayıb.

Xatırladaq ki,turnir isveçrə sistemi ilə 9 turdan ibarət keçirilirdi.

Xəbər 842 dəfə oxundu.