Kişilər arasında şəxsi Avropa çempionatı
Bu gün İsraildə kişilər arasında şahmat üzrə Avropa çempionatı start götürəcək. Turnirdə 33 ölkədən 118-i qrossmeyster olmaqla 256 şahmatçı iştirak edəcək.

Martın 8-dək davam edəcək yarışda Azərbaycan qrossmeysterləri də mübarizə aparacaqlar. Ölkəmizi qitə çempionatında Rauf Məmmədov, Qədir Hüseynov, Namiq Quliyev, Nicat Abbasov və Vüqar Rəsulov təmsil edəcək. Çempionat İsveçrə sistemi ilə 11 turdan ibarət keçiriləcəkdir.

Qeyd edək ki,yarışın əsasnaməsinə görə çempionatda ilk 23 yeri tutan şahmatçılar Dünya Kubokuna vəsiqə qazanacaqlar.

Xəbər 850 dəfə oxundu.