“Cup of Daqestan”başa çatıb
Dağıstan Respublikasında idmanın taekvondo növü üzrə keçirilən “Cup of Daqestan”başa çatıb. 21-22 fevral tarıxlərində Dağıstan Taekvondo Federasiyası tərəfində Maxaçkala şəhərində təşkil edilən turnidə ölkəmizi, Sumqayıt Olimpiya İdman Kompleksin taekvondo bölməsinin idmançıları təmsil etmişdir.Rusiya Federasiyasının bölgələrindən 500-dək taekvondoçunun qatıldığı yarışa komanda 3 uşaq,7 yeniyetmə,4 gənc və 1 böyük yaş həddində, ümumilikdə 15 taekvondoçu ilə qatılmışdır. Taekvondoçular Sumqayıt OİK-in baş məşqçisi, Vurğun Cəfərov və məşqçi müəllim Vüqar Cəfərovun rəhbərliyi ilə turnirdə uğurlu çıxış edərək aktivlərinə 9 medal əlavə etmişlər.

Belə ki,yeniyetmələr arasında 33 kq çəki dərəcəsində Xanoğlan Kərimov,gənclər arasında Fizam Mehdiyev(-55 kq),böyüklər arasında isə Murad Abdullayev (-74 kq) rəqiblərinə şans verməyərək qızıl medal qazanmışlıar.Uşaqlar arasında Ömər Məmişsazə (-36 kq),yeniyetmələr arasında Xəyyam Paşayev (+65 kq) ,gənclər arasında isə Cavid Məmmədov (-48 kq) yarımfinalda məğlub olaraq gümüş medala layiq görülmüşdür.

Uşaqlar arasında 22 kq dərəcəsində tatami üzərinə çıxan Ramal Çəfərov yarımfinalda gərgin keçən mübarizədən 1 xal fərqi ilə məğlub ayrılaraq turniri bürünc medalla başa vurub.Qeyd edək ki,Ramal Cəfərov yarışın ən texnikalı idmançısı adına layiq görülüb.Digər təmsilçilərimizdən uşaqlar arasında Gülsüm Həsənzadə (-30 kq)və yeniyetmələr arasında Məhəmməd İlyasov (-36 kq) yarışdan bürünc medalla ayrılmışdır.

Xəbər 999 dəfə oxundu.