“Xəzər Lənkəran” gənc futbolçu ilə gücləndi
“Xəzər Lənkəran” növbəti transferini həyata keçirib. İdman.com.az saytı xəbər verir ki, çempionluğa iddiasını davam etdirən cənub təmsilçisi heyətinə gənc futbolçu cəlb edib.
19 yaşlı futbolçulardan ibarət Azərbaycan yığmasının sabiq üzvü Akif Tağıyevin ardından 1992-ci ildə anadan olan Qafar Əliyevlə də münasibətlər rəsmiləşib. Futbolçu ilə 2 illik rəsmi müqavilə imzalanıb.

Əliyev bundan öncə “Rəvan” klubunun əvəzedici heyətində çıxış edib. Əsas komandaya yüksəlməsi, onlarla təlim-məşq toplanışına yollanması nəzərdə tutulan Əliyevin istedadı “Xəzər Lənkəran”ın seleksiyaçı-məşqçisi Zaur Ramazanovun diqqətindən yayınmayıb.
Futbolçunu komandaya məhz Ramazanov təklif edib və onun çıxışı baş məşqçi Cüneyd Biçəri razı salıb.

Xəbər 932 dəfə oxundu.