Stolüstü tennis üzrə rayon birinciliyi keçirilib
21-22 fevral Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş uşaq və yeniyetmələr arasında stolüstü tennis üzrə rayon birinciliyi keçirilib.

Zərdab şəhəri şəhər 1 saylı məktəb liseyin idman zalında 30 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmək, idmanın stolüstü tennis növünün rayonda inkişaf etdirmək, rayonda kütləvi sağlamlıq, bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi olub.

Sonda birinci yerə şəhər 1 saylı məktəb lisey, ikinciyə 1 saylı məktəb liseyin Gəlmə kənd tam orta məktəbin komandası, üçüncüyə Körpükənd tam orta məktəbin komandası layiq görülüb.

Xəbər 1005 dəfə oxundu.