Rəşad Sadıqov Şaxtyora qarşı oynamayacaq
"Qarabağ"ın kapitanış Rəşad Sadıqov Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycan yığmasının Ukrayna "Şaxtyor"u ilə yoxlama oyununda iştirak etməyəcək.Son məşqlərin birində zədə alan futbolçu buna görə fərdi qaydada hazırlaşır.

Bu üzdən də məşqçilər korpusu onunla risk etmək istəmir. Millinin kapitanı Donetsk təmsilçisi ilə görüşü kənardan izləməli olacaq.

Qeyd edək ki, yığmamızın "Şaxtyor"la oyunu bu gün baş tutacaq.

Xəbər 811 dəfə oxundu.