Rauf Əliyev: “Qarabağ”da qalıram
Azərbaycan yığmasının futbolçusu Rauf Əliyevin legioner həyatı yaşaması ilə bağlı iddialara son qoyulub. İdman.com.az saytının məlumatına görə, hücumçunun formasını geyindiyi “Qarabağ” klubunu tərk etməyəcəyi dəqiqləşib.

Ötən mövsümün ölkəmizin ən yaxşı futbolçusu seçilən forvardın adı bir müddət Türkiyə və Almaniya klubu ilə birgə hallandı. Məsələ ilə bağlı apasport.az saytına danışan Rauf Əliyev bütün suallara aydınlıq gətirib: “Hər şey sona çatdı. Ölkə xaricində oynamaq perspektivim olsa da, bunu sonraya saxladım. Ölkədən çıxmadım. İnşallah, bu arzumu sonra həyata keçirəcəyəm”.

Artıq “Qarabağ”ın məşqlərinə qatılan Əliyev klub rəhbərliyi ilə məsələ barəsində danışıb: “Onsuz da mənim klubla müqaviləm qüvvədə idi. Əgər gedəsi olsaydım, “Qarabağ”la danışacaqdım. Qərarımı onlara da açıqladım, yolumuza davam etdik”.

Xəbər 946 dəfə oxundu.