İki günlük istirahətdən sonra “Xəzər Lənkəran” bu gün toplanır
Azərbaycan Premye Liqasının 23-cü turundan sonra iki günlük istirahətə buraxılan “Xəzər Lənkəran” bu gün toplanır.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda Lənkəranda bir araya gələrək bu gündən növbəti turun “Bakı” ilə qarşılaşmasının hazırlığına başlayacaq.

Zədəli futbolçulardan Rasim Ramaldanov və Tural Cəlilovun müalicəsi davam edir və hər iki futbolçunun matç gününə qədər hazır duruma gələcəyi ehtimal olunur.

Komanda 27 fevralda oyun öncəsi son məşqini əsas meydançada tamamlayıb matç saatını gözləyəcək.

Xəbər 828 dəfə oxundu.