Milli komandamız artıq Antalyadadır
Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası Türkiyəyə yollanıb. Əsas millimizlə yanaşı, U-16 və U-21 komandalarımız da Antalyaya yollanıb. Artıq hər üç yığmamız Antalyaya çatıb. Qeyd edək ki, Azərbaycanın əsas yığması bu toplanış çərçivəsində Ukraynanın "Şaxtyor" (Donetsk) klubu ilə yoxlama oyunu keçirəcək. Digər komandalarımız da sınaq matçlarına çıxacaqlar.

Xəbər 939 dəfə oxundu.