Eyyubov Fazil Araş oğlu
Eyyubov Fazil Ərəş oğlu 30 iyun 1950-ci ildə Qazax rayonunda anadan olub.
Bakı Plan uçot texnikumu və Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1972-ci ildən başlayıb. Müxtəlif təşkilatlarda baş mühasib, şöbə rəisi vəzifələrində çalışıb. 1985-1987-ci illərdə “Burevestnik” İC-də təsərrüfat şöbəsinin müdiri, 1985-1991-ci illərdə “Azərneftyağ” komandasının rəisi, İdman Klubunun sədri, 1992-2000-ci illərdə Hokkey Federasiyasının prezidenti vəzifələrində çalışıb. 2000-2001-ci illərdə “Zağulba” İdman Tədris Bazasının direktoru, 2001-2004-cü illərdə həmin mərkəzin Bakı filialının direktoru, 2004-cü ildən “Vətən” İxtisislaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin direktoru vəzifəsində çalışır. ”Azərbaycan Respublikası Fəxri bədən tərbiyəsi və idman işçisi”dir.

Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2010-cu il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Xəbər 1946 dəfə oxundu.