Bekkenbauer də xizəklə sürüşərkən yıxılıb zədələndi
Bavariyanın fəxri prezidenti və 1974-cü il dünya çempionu Frans Bekkenbauer Avstriyanın dağ kurortlarından birində xizəklə sürüşərkən yıxılaraq yüngül xəsarət alıb.

«Hava elə gözəl idi ki, özümdən asılı olmayaraq Obertauernə yollandım.2200 metr yüksəklikdə dumana düşdüm və yıxılarkən başım əzildi.

Yəqin ki, biraz daha yüngül riskli şeylə məşğul olmaq lazımdır», – deyə Bekkenbauer qeyd edib.

Məlumata görə 69 yaşlı alman yıxılarkın dodağını zədələyib və çiynindən xəsarət alıb.

Xəbər 818 dəfə oxundu.