UEFA Bakıdakı oyunların vaxtını dəyişdi
Futzal üzrə Avropa cempionatının əsas seçmə mərhələsinin Bakıda təşkil olunacaq 4-cü qrupunda son turda keçiriləcək hər iki oyunun başlanma vaxtı UEFA tərəfindən dəyişdirilib.

İdmaz.com.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, qarşılaşmalar saat 18:30 və 21:00-da yox, saat 19:00 və 21:30-da başlayacaq. Oyunların təqvimini bir daha diqqətinizə çatdırırıq:

18 mart
18:30. Ukrayna –Danimarka
21:00. Azərbaycan – Belçika

19 mart
18:30. Belçika – Ukrayna
21:00. Azərbaycan –Danimarka

21 mart
19:00. Danimarka –Belçika
21:30. Ukrayna – Azərbaycan

Oyunlar Sərhədçi İdman Olimpiya Mərkəzində keçiriləcək.

Xəbər 685 dəfə oxundu.