Azərbaycan millisinin təlim-məşq toplanışı keçiriləcək
Fevralın 20-dən 26-dək Türkiyənin Antalya şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı keçiriləcək.

İdman.com.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, toplanışa aşağıda adları qeyd olunan futbolçular dəvət edilib:

Elşən Abdullayev - "Neftçi"
Rahil Məmmədov - "Neftçi"
Elvin Bədəlov - "Neftçi"
Samir Məsimov - "Neftçi"
Azər Salahlı - "İnter"
Fuad Bayramov - "İnter"
Abbas Hüseynov - "İnter"
Vüqar Mustafayev - "Simurq"
Rəşad Əzizli - "Simurq"
Vadim Abdullayev - "Simurq"
Şahrudin Maqomedaliyev - "Sumqayıt"
Cəmil Hacıyev - "Sumqayıt"
Azad Kərimov - "Bakı"
Tellur Mütəllimov - "Qəbələ"
Taşkın İlter -"Ayntraxt" (Braunşveyq, Almaniya)
Bilal Sezer - "Borussiya" (Münhenqladbax, Almaniya)
Deniz Topçu - "Eskişehirspor" (Türkiyə)

Qeyd edək ki, Bilal Sezer və Taşkin İlter komandaya fevralın 22-də qoşulacaq.

Xəbər 758 dəfə oxundu.