Bu ilin ilk qızıl medalını gimnastlarımız Macarıstandan gətirdilər
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin verdiyi məlumata əsasən, bu həftəsonu Macarıstanda bədii gimnastika üzrə “Gracia Cup” adlı beynəlxalq yarış yekunlaşıb.

İlin ilk yarışında gimnastlarımız 8 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Ayşən Bayramovanın hesabında 2 qızıl medal (top və lent), həmçinin Gülsüm Şəfizadənin hesabında 2 qızıl medal (halqa və gürzlər) olmaqla, çoxnövçülükdə onlar müvafiq olaraq gümüş və bürünc qazanıblar.

Böyüklərdən ibarət qrup hərəkətləri komandasının ikinci heyəti hər iki finalda və çoxnövçülükdə 3 qızıl medal qazanıblar.

Maykl Ceksonun hərarətli kompozisiyası altında 5 topla çıxış edən yeniyetmələrdən ibarət komandamızı, tamaşaçılar ayaqüstə alqışladılar.

Komanda həmçinin, finalda çıxışlarına görə öz hesablarına qızıl medal yazdırdılar.

Növbədə isə gimnastlarımızı Moskvada keçiriləcək “ Qran-pri” yarışı, o cümlədən Estoniyada təşkil olunacaq “Miss Valentine” adlı yarış gözləyir.

Xəbər 843 dəfə oxundu.