“Qran - Pri “ beynəlxalq şahmat turniri
Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Beynəlxalq Şahmat Federasiyasının (FİDE) “Qran-pri” turnirində 2-ci turun oyunları yekunlaşıb. İlk turda rəqibini məğlub edən Şəhriyar Məmmədyarov 2-ci turda özü məğlubiyyətlə üzləşib. Özbəkistan təmsilçisi Rüstəm Kasımcanovla qarşılaşan həmyerlimiz 40-ci gedişdə rəqibinə təslim olub. Digər təmsilçimiz Teymur Rəcəbov isə Gürcüstanlı Baadur Cobava ilə sülh bağlayıb.

Bu turda digər qarşılaşmalar da heç-heçə ilə nəticələnib:

Dmitri Cakovenko 0.5-0.5 Yevgeni Tomaşevski

Aleksandr Qrişuk 0.5-0.5 Dmitri Andreykin

Aniş Qri 0.5-0.5 Maksim Vaşe –Laqrav

Lenyer Dominqes 0.5 -0.5 Pyotr Svidler

2 turdan sonra Qrişuk,Tomaşevski və Qri 1.5 xal , Kasımcanov, Məmmədyarov, Andreykin, Rəcəbov, Jakovenko və Dominqes 1 xal,Vaşe-Laqrav,Svidler və Cobava isə 0.5 xal toplayıb.

3-cü turda Teymur Rəcəbov Pyotr Svidlerə qarşı, Şəhriyar Məmmədyarov isə Dmitri Andreykinə qarşı oynayacaq.

Xəbər 882 dəfə oxundu.