Antonio Oliva Seba Bakıdadır
Azərbaycan Milli Karate Federasiyası və Baş sponsor Azərbaycan Beynəlxalq Bankının dəvəti ilə 11-24 fevral tarixlərində Bakıya gələn ispniyalı beynəlxalq məşqçi Antonio Oliva Seba azərbaycan karateçiləri üçün texniki və taktiki seminarlara başlayıb. Tanınmış məşqçi bütün yaş qurupları üzrə milli komandalarımıza, həmçinin məşqçilərlə zəngin təcrübəsini bölüşəcək. Seminar hər gün bir neçə saat olmaqla, İnter arenada yerləşən federasiyanın karate zallarında keçirilir.

Ölkəmizə ilk səfərində əvvəlcə yeniyetmə və gənclərlə seminar aparana Antonio Oliva Seba, böyüklər Hollandiyada Premyer Liqadan qayıdandan sonra onlarla məşqlər keçəcək. Federasiya rəhbərliyi ispaniyalı qonağın biliklərindən qarşıdakı Avropa Oyunlarında və digər rəsmi yarışlarda idmançılarımızın maksimum yararlanacağına hesab edir.

Xəbər 795 dəfə oxundu.