“TURKİSH OPEN” turnirinə yekun vurulub
Türkiyənin Antalya şəhərində keçirilən, sayca 2-ci olan “TURKİSH OPEN” turnirinə yekun vuruldu.70 ölkədən 1200 taekvondoçunun qatıldığı G1 kateqoriyalı beynəlxalq yarışda, millimiz 46 idmançı və məşqçi müəllim heyəti ilə təmsil olunmuşdur.Yarışın nəticəsini milli komanda üçün qənaətbəxş hesab etmək olar.

Komandamız bu turnirdə 1 qızıl,1 gümüş və 6 gümüş, ümumilikdə 8 medal qazanb.Belə ki, 3 gün davam edən yarışda, kişilər arasında 54 kq çəki dərəcəsində mübarizəyə qatılan Mikayıl Əliyev rəqiblərinə şans verməyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.Gənclər arasında isə qızlardan Nərgiz Mirzəyeva (-42 kq) gərgin keçən final döyüşündə, Fransa təmsilçisinə qızıl xalda məğlub olaraq gümüş medalla kifayətlənməli olub.

Digər idmançılardan yeniyetmələr arasında Anar Hüseynli (-49 kq),gənc qızlar arasında Mehriban Məmmədova (-42 kq),Gülsüm Gültekin (-59 kq),Betül Bakir (-63 kq),kişilər arasında isı Məhəmməd Məmmədov (-58 kq) və Radik İsayev (-87 kq) yarımfinal mərhələsində məğlub olaraq yarışı bürünc medalla başa vurublar.

Xatırladaq ki, komandamız, Dünya Taekvondo Federasiyası (DTF) və Türkiyə Taekvondo Federasiyası (TTF) tərəfindən təşkil edilən yarışa ATF-in vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə qatılmışdır

Xəbər 986 dəfə oxundu.