Camal Rəhimov yenə çempion oldu
Bu gün Novxanı qəsəbəsindəki “Sərhədçi” Atçılıq Mərkəzində konkur növü üzrə CSI2*-W kateqoriyalı “Qış Kuboku” beynəlxalq turnirə start verilib. İdman.com.az saytının məlumatına görə, yarışın ilk günündə iştirakçılar hündürlüyü 140-160 sm olan maneələri dəf ediblər. Gərgin və maraqlı keçən mübarizə Camal Rəhimovun qələbəsi ilə başa çatıb. O, “Platin” ləqəbli atla çempion olub. 2-ci yerə isə “Kalinka MNM” ləqəbli atla Polşa idmançısı Aleksandra Lusina çıxıb. 3-cü sıranı da Camal Rəhimov tutub. Bu dəfə həmyerlimiz “Woodie” ləqəbli atla uğur qazanıb. Gürcüstanlı Şalva Qaçeçiladze, “DAR” ləqəbli atla 4-cü, “Choing Gum” ləqəbli atla isə 5-ci nəticə göstərib.
Xatırladaq ki, yarışlarda Azərbaycan çaparları ilə yanaşı, Polşa, Türkiyə və Gürcüstan Respublikasından olan idmançılar da iştrak edir. Türkiyə və İran İslam Respublikasından dəvət olunmuş hakimlər heyətinin idarə etdiyi turnirin ümumi mükafat fondu 93 000 dollardır. Sabah keçiriləcək yarışlarda idmançılar birincilikdə idmançılar vaxta qarşı mübarizə aparaclar. Sonuncu gündə isə qran-pri mərhələsi keçiriləcək. Yarışlara hər gün saat 11:00-da başlayır.

Xəbər 1225 dəfə oxundu.