Bakıdan Moskvaya, ordan da Belçikaya
Azərbaycan qılıncoynadanları fevralın 21-23-də Belçikanın Gent şəhərində dünya kuboku mərhələ yarışında iştirak edəcəklər.
Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədovun www.idman.com.az saytına verdiyi məlumata görə, yarışlarda ölkəmizi Sabina Mikina, Sevil və Sevinc Bünyadova bacıları, Fatma İbrahimovadan ibarət dördlük təmsil edəcək.
Hazırda komandamız baş məşqçi Fikrət Vəliyevin rəhbərliyi altında Moskvada Rusiya yığma komandası ilə birgə təlim-məşqdədir.
Təlim-məşqlər fevralın 9-da başlanıb və 10 gün davam edəcək.
İdmançılarımızı təlim-məşqə və yarışlara Gənclər və İdman Nazirliyi ezam edib.

Xəbər 1815 dəfə oxundu.