Qılıncoynadanlarımız Tiflisdə yarışıblar
Fevralın 7-8-də Tiflisdə yeniteymələr arasında qılıncoynatmanın sablya növü üzrə Avropa kubokunun mərhələ yarışı keçirilib. Yarışlarda Azərbaycan, Gürcüstan, Türkiyə və Səudiyyə Ərəbistanı komandaları iştirak ediblər.
24 idmançının yarışdığı oğlanların mübarizəsində ilk iki yeri ərəb idmançılar tutublar. Azərbaycan qılıncoynadanı Cavanşir Ağakişiyev isə gürcü idmançı ilə birikdə 3-cü pilləni tutub. Komanda yarışında Səudiyyə Ərəbistanı 1-ci, Gürcüstan 2-ci, Azərbaycan isə 3-cü yeri tutub.
Qızların yarışında isə komandamızdan ən yaxşı nəticəni Nərminə Cəfərova (12-ci yer) göstərib. Komanda hesabında qızlarımız 4-cü olublar.

Xəbər 1983 dəfə oxundu.