Sambo üzrə Azərbaycan birinciliyi keçirilib
09-11 fevral tarixlərində Şağan Olimpiya İdman Kompleksində sambo üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi keçirilib. Ölkənin ayrı-ayrı şəhər və rayonlarından 300-ə yaxın idmançı qalıb adı uğrunda mübarizəyə qatılıb.

Ölkə birinciliyində şəhər samboçuları hər iki yaş qrupunda ümumilikdə 19 medal qazanıblar. Belə ki, Namiq Abbaslı (56 kq) və Ceyhun Babakişiyev (82 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər təmsilçilərimiz Əsgər Ələsgərov (48 kq), İlkin Haqverdiyev (65 kq), Elnur Eminov (74 kq) və Sənan Əhmədov(100 kq) gümüş, Əliş Yusifov (48kq), Alim Əsədov (52 kq), Həsən Əliyarov (75 kq), Akşin Məhəmmədzadə (81 kq), Qasım Şirinov (87 kq), Nicat Aslanov (87 kq), Emin Kazımov (+87 kq), Əmrah Bayramov (57 kq), Rauf Məmmədzadə (62 kq), Şamil Rəcəbli (74 kq), Eyvaz Nəsibli, Emin Kazımov (90 kq) və Fuad Vəlizadə (+100 kq) isə bürünc medal əldə ediblər.
Yarışın qalib və mükafatçıları Gənclər və İdman Naziriliyi və Azərbaycan Sambo Federasiyası tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunublar.

Xəbər 1364 dəfə oxundu.