AZAL "Qarabağ"la oyuna itkilərlə çıxacaq
AZAL Azərbaycan Premyer Liqasının XXI turunda bu gün “Qarabağ”ı qəbul edəcək.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda oyuna hazırlığı başa vurub və matç saatını gözləyir.

Dünənki məşqdə zədəli futbolçular - Eduardo və Luis Ramos, eləcə də özünü narhat hiss edən Kamal Bayramov iştirak etməyib. Əvəzində cəzalı durumda olan Viktor İbekoyi komanda ilə birgə çalışıb. Əsasən toplu çalışmaların üstünlük təşkil etdiyi məşq ikitərəfli oyunla yekunlaşıb. “Yaşıllar” “qırmızılar”ı məğlub edib.

Qeyd edək ki, AZAL - “Qarabağ” oyunu saat 15.00-da başlayacaq və AzTV kanalı vasitəsilə canlı yayımlanacaq.

Xəbər 776 dəfə oxundu.