Qadın güləşçilərimiz növbəti sınaq qarşısında
14-15 fevral 2015-ci il tarixdə İsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq beynəlxalq turnir keçiriləcək. Qadın güləşi üzrə yığma komandamız turnirdə tam heyətlə iştirak edəcək.

Baş məşqçi Semyon Çterev və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında İsveçə Mariya Stadnik (48 kq), Anjela Doroqan 53 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç, Natalya Sinişin (hər ikisi 60 kq), Raqnetta Qurbanzadə (63 kq), Nadya Muşka Sementsova (69 kq) və Gözəl Zutova (75 kq) yollanacaq.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Rövşən Azadov ölkəmizi təmsil edəcək.

Xəbər 917 dəfə oxundu.