"Aktobe" də "Neftçi"yə rəqib oldu
Qazaxıstanın "Aktobe" klubu Antalyadakı hazırlıq zamanı bir neçə yoxlama görüşü keçirəcək. İdman.com.az klubun rəsmi saytına istinadən xəbər verir ki, asiyalıların rəqibləri sırasında Bakının "Neftçi" klubu da var. Oyunun yanvarın 21-də keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, hazırda "Aktobe" Qazaxıstan çempionatında 3-cü yerdə qərarlaşıb.

Xəbər 920 dəfə oxundu.