Astarada ümumrayon bayram tədbiri keçirilib
Fevralın 2-də Astara Gənclər Evində Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi, Rayon Mədəniyyət və Turizm Şöbəsi, Rayon Təhsil Şöbəsi və Gənclər Evinin təşkilatçılığı ilə gənclər günü münasibəti ilə ümumrayon bayram tədbiri keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi, Rayon Təhsil Şöbəsi, Rayon Mədəniyyət və Turizm Şöbəsi, Astara Pedaqoji Kolleci, təhsil müəssisələri, YAP Astara rayon gənclər təşkilatı, Uşaq Gənclər İdman Məktəbi, müəllimlər, tələbələr, şagirdlər, idmançılar və məşqçilər ümumi 95 nəfər iştirak ediblər.

Gənclər Evində keçirilən ümumrayon bayram tədbirini giriş sözü ilə Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev çıxışında qeyd edib ki, Astara Rayon Gənclər və İdman İdarəsi 2014-cü il ərzində 178 tədbir həyata keçirib. Bu tədbirlərdə 14925 nəfər gənc iştirak edib. İdmançılarımız respublika və beynəlxalq yarışlarda 237 medal qazanıblar. Bu medallardan 95 qızıl, 95 gümüş, 47 bürünc medal olub.

Tədbirdə 2014-cü il ərzində rayonun ictimai siyasi həyatında və idman sahəsində fərqləndiyinə görə 15 nəfərə Astara RGİİ-nin fəxri fərmanları təqdim olunub.

Xəbər 944 dəfə oxundu.