Azərbaycan alpinistləri İran alpinizm və qayayadırma federasiyasının 70-illiyinə həsr olunmuş tədbirdə iştirak ediblər
Azərbyacan alpinizm federasiyasının üzvləri İran alpinizm və qayayaydırmanma federasiyasının 70-illiyinə həsr olunmuş tədbirdə iştirak edib, İranın Kerman rayonunun ərazisində yerləşən Xezar (4501 m) zirvəsinə qalxıblar.

İran tərəfindən təşkil edilmiş yubiley alpiniadasında 250 nəfər iştirak edib. Proqram çərçivəsində Kermanda yerləşən 3 zirvədən birinə qalxmaq təklif olunurdu. Azərbaycanlı alpinistlər ən yüksək zirvə olan Xezarı seçiblər.

Fevralın 5-də günorta vaxtı idmançılar uğurla zirvəyə qalxıblar. Hava şəraiti çox xoş, səma təmiz idi, dağda bir az külək olsa da, alpinistlərimiz bunun da öhdəsindən gələ biliblər.

Bu gün səhər Azərbaycan komandası Tehrandan Bakıya yola düşdü.

Ekspedisiyada Azərbaycandan 7 idmançı iştirak edib. Onlar Azərbaycan alpinizm federasiyasına daxil olan RATK, "İrbis" və "Qartal" klublarını təmsil edirdilər.

Qrupun rəhbəri Etibar Məmmədov, iştirakçılar: Murad Tahirov, Fərid Hacıyev, Stanislav Belousov, Rüfət Qocayev, Namin Bunyatov, Soltan Soltanov.

Xəbər 2526 dəfə oxundu.