Afrika Kubokunun qalibi müəyyənləşdi
Afrika kubokunun qalibi bəlli olub. Turnirin finalında Fil Dişi Sahili və Qana milliləri üz-üzə gəlib. Matçın əsas və əlavə vaxtında qapılara qol vurulmadığından penlatilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq olan Fil Dişi Sahili yığması rəqibinə 9:8 hesabı ilə qalib gələrək kuboka sahib olub. Qeyd edək ki, tarixində ikinci dəfə bu kuboku qazanan Fil Dişi Sahili 1992-ci ildə də eyni uğura imza atıb.

Xəbər 826 dəfə oxundu.