"Sumqayıt" "Rəvan"ı məğlub etdi
Bu həftə istirahət edəcək "Sumqayıt" Futbol Klubu növbəti tura hazırlıq məqsədi ilə yoxlama oyunu keçirib. Aqil Məmmədovun komandası "Bayıl Arena"da 1-ci divizion təmsilçisi "Rəvan"la üz-üzə gəlib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə komandamız 6:3 hesabı ilə qələbə qazanıb. "Sumqayıt" FK-dan qolları Murad Ağayev, Orxan Əliyev, Nodar Məmmədov, Aleksandr Çertoqanov və Budaq Nəsirov vurub. Daha bir qolu avtoqol sonrası qeydə alınıb. Sabah istirahət edəcək "Sumqayıt" FK fevralın 7-dən etibarən 21-ci turda qarşılaşacağı "Bakı" ilə oyunun hazırlığına başlayacaq.

Xəbər 840 dəfə oxundu.