Avropa Stolüstü Tennis Birliyinin prezidenti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib
İlk dəfə olaraq Bakıda təşkil olunacaq “ 2015 NN TABLE TENNİS CLUB ITTF – EUROPE TOP-16 CUP “ turnirinin keçirilməsi ilə bağlı Azərbaycanda səfərdə olan Avropa Stolüstü Tennis Birliyinin prezidenti Ronald Kramer və rəhbərlik etdiyi nümayəndə heyəti fevral ayının 6 - da Fəxri Xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin qurucusu , Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib və məzarı önünə əklil qoymuşlar.Görkəmli oftalmoloq alim , akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər çiçəklər düzülmüşdür. Sonra qonaqlar Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “ Əbədi məşəl “ abidəsinin önünə əklil qoymuşlar.

Xəbər 2232 dəfə oxundu.