Yaqubov Camal Calal oğlu
Yaqubov Camal Cəlal oğlu 10 dekabr 1932-ci ildə Gəncə şəhərində anadan olub.
1975-1980-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Güləşmə və onun metodikası” kafedrasının müdiri, 1981-1986-cı illərdə idman fakultəsinin dekanı, 1987-1992-ci illərdə isə idman işləri üzrə prorektoru vəzifəsində çalışır. “Güləşmə və onun metodikası” kafedrasının dosentidir.

SSRİ çempionatının bürünc mükafatçısı, “İdman ustası”, “Respublikanın və SSRİ-nin maarif əlaçısı”, “Fəxri bədən tərbiyəsi və idman işçisi” fəxri adlarına layiq görülüb. 30 ildən artıq elmi-pedoqoji fəaliyyəti, idman və tədris işləri üzrə təşkilatçı, Güləş federasiyasının üzvü. Azərbaycan Milli idman növləri Assosiasiyası İcraiyyə Komitəsinin üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2010-cu il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Xəbər 1890 dəfə oxundu.