"İnanıram ki, "Neftçi" çempion titulunu qoruyacaq"
“Neftçi”nin ön xətt futbolçusu Bahadır Nəsimov Antalya təlimləri barədə danışıb. İdman.com.az-ın məlumatına görə, hücumçu klubun rəsmi saytına açıqlamasında bunları deyib:

"Məşqlərimizi müntəzəm şəkildə davam etdiririk. Qarşıda yoldaşlıq oyunlarımız və beynəlxalq turnir var. Bu matçlarda da gözəl oyun nümayiş etdirməyə çalışacağıq. Bir hücümçü kimi vəzifəmin qol vurmaq olduğunu anlayıram. İnanıram ki, bu işin öhdəsindən uğurla gələcəm və Neftçi çempion titulunu qoruyacaq".

Xəbər 1078 dəfə oxundu.