"Rabitə"nin CEV kubokunda ilk oyununun vaxtı bilindi
Qadın voleybolçular arasında Çempionlar Liqasında qrup sonuncu olaraq mübarizəni "CEV Kuboku"nda davam etdirən "Rabitə"nin bu turnirdə ilk oyununun tarixi bəlli olub. Komandamız yarışmanın "Çelenc raundu"nda Fransanın "Beziers" klubu ilə martın 3-də qarşılaşacaq. Səfərdə baş tutacaq görüş Bakı vaxtıyla saat 23:00-da start götürəcək. Oyunu italyan Omero Satanassi və ispan Xuan Antonio Alvarez idarə edəcəklər.
Qeyd edək ki, cütün Bakıda keçiriləcək cavab qarşılaşmasının tarixi hələ məlum deyil.

CEV Kuboku
1/4 final
3 mart
23:00 "Beziers" - "Rabitə"

Xəbər 895 dəfə oxundu.