"Simurq"un futbolçusu "Neftçi" ilə oyunu buraxacaq
Azərbaycan Premyer Liqasının növbəti turunda "Neftçi"nin qonağı olacaq "Simurq" hazırlıqlara ara vermədən başlayıb.

Dünən səhər saatlarında məşqə çıxan komanda fevralın 5-də paytaxtda gələcək və son çalışmasını qarşılaşmanın oynanılacağı "Bekcell Arena"da həyata keçirəcək. Hazırlıqlarda yalnız Əli Gökdəmir iştirak etmir. Ayağında ağrılar hiss edən müdafiəçinin müalicəsi davam edir.

Qeyd edək ki, "Neftçi" - "Simurq" oyunu fevralın 6-da keçiriləcək və saat 16:00-da start götürəcək.

Xəbər 835 dəfə oxundu.