Liverpulun yayda Avstraliya turnesi olacaq
«Liverpul» növbəti mövsümə hazırlıq çərçivəsində Avstraliya ilə yoldaşlıq oyunları keçirəcəyini elan edib.

İyulun 17-də komanda Brisben Roar, 20-də isə Adelaida Yunaytedlə qarşılaşacaq.
«Biz 2 il əvvəl Avstraliyaya yollandıq və yerli azarkeşlərin gözəl dəstəyini müşahidə etdik.

Avstraliyada Liverpulun 600 mindən artıq fanatı var. Biz də onlarla görüşməyi arzulayırıq.

Nə qədər çox olsalar , bir o qədər yaxşıdır», – deyə klubun icraçı direktoru İen Eyr bildirib.

Xəbər 789 dəfə oxundu.