Gənclər arasında Azərbaycan çempionatı keçiriləcək | |
14-15 fevral 2015-ci il tarixdə “Sərhədçi” İdman Olimpiya Mərkəzində gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək. Yarışın keçirilməsində əsas məqsəd ölkə ərazisində güləş idman növünün təbliği və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etməkdir. Çempionat Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən təşkil olunacaq və şəxsi xarakter daşıyacaq. Yarışda klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 1995-1997-ci il təvəllüdlü idmançılar iştirak edəcək. Hər gün səhər saat 10:00-da başlayacaq yarışların təntənəli açılış marasimi fevralın 14-də saat 17:00-da baş tutacaq. Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunacaq və yığma komandanın heyətinə cəlb olunacaq. Turnirin proqramına əsasən, fevralın 14-də sərbəst, 15-də isə yunan-Roma növü üzrə gənc güləşçilər arasında ən güclülər müəyyənləşəcək. Cümə / 13.02.2015 14:00-15:00 Hakimlərin iclası 15:00-16:00 Texniki konfrans 16:00-16:30 Sərbəst güləş üzrə çəki: 50, 55, 60, 66, 74, 84, 96, 120 kq Şənbə / 14.02.2015 10:00-15:30 Sərbəst güləş üzrə ilkin və təsəlliverici görüşlər: 50, 55, 60, 66, 74, 84, 96, 120 kq 15:30-16:00 Yunan-Roma güləşi üzrə çəki: 50, 55, 60, 66, 74, 84, 96, 120 kq 17:00-17:30 Təntənəli acılış mərasimi 17:30-19:30 Sərbəst güləş üzrə Final görüşləri: 50, 55, 60, 66, 74, 84, 96, 120 kq Bazar / 15.02.2015 10:00-15:30 Yunan-Roma güləşi üzrə ilkin və təsəlliverici görüşlər: 50, 55, 60, 66, 74, 84, 96, 120 kq 17:00-19:00 Yunan-Roma güləşi üzrə Final görüşləri: 50, 55, 60, 66, 74, 84, 96, 120 kq |
|
Xəbər 862 dəfə oxundu. |
|
|