"İnter" yeni müdafiəçi almağa hazırlaşır
"İnter" yeni müdafiəçi almağa hazırlaşır. Paytaxt klubu Serbiya "Partizan"ının müdafiəçisi Voislav Stankoviçi sıralarına qatmaq üzrədir. Bir müddət öncə Azərbaycan klubundan təklif alan müdafiəçi yaxın günlərdə danışıqları yekunlaşdıracağını bildirib: "Partizan"da qalmaq şansım var idi. Amma konkret heç bir təklif olmadı. Azərbaycanlıların təklifi isə xoşuma gəldi. Ölkə xaricində oynamağın vaxtının çatdığını düşündüm və razılaşmağa qərar verdim".

Qeyd edək ki, Stankoviçin bakılılarla iki illik müqavilə bağlaması gözlənilir.

Xəbər 797 dəfə oxundu.