Kamran Ağayev "Kayserispor"a keçir
Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev hazırda Türkiyədə səfərdədir. Futbolçunun tezliklə PTT 1-ci liqada mübarizə aparan klublardan biri ilə müqavilə bağlaması gözlənilir. Artıq Kamranın hansı komandaya keçəcəyi də bəllidir. Ağayevin azerisport.az saytına verdiyi məlumata görə, o, "Kayserispor"la anlaşıb:

"Hazırda Kayseridəyəm. Əgər hər şey normal getsə, bu gün "Kayserispor"la müqavilə imzalayacağam. Böyük ehtimalla mövsümün sonunadək müqavilə imzalayacağam".
Qeyd edək ki, "Kayserispor" hazırda PTT 1-ci liqanın lideridir.

Xəbər 761 dəfə oxundu.