Dünya karatesinin "briliantı" Rafael Ağayevin "Open De Paris" də döyüşləri
2014-cü ildə zədə və əməliyyat səbəbindən rəsmi yarışlardan kənar qalan Rafael Ağayev tatamiyə dönüşünə qələbələrlə başladı. -75 kq çəki dərəcəsində əsas rəqibi və Premyer Liqanın favoritlərindən italiyalı Luici Busanı növbəti dəfə məğlub etməklə o, bir daha dünyanın ən güclü karate ustalarından olduğunu sübut etdi.

Təəssüf ki, hakimlərin müəyyən maraqları dünya şöhrətli karateçimizin yolunu medalların bir addımlığında kəsdi. 5-ci görüşün sonuna yaxın qələbə müəmmalı qərarla tanınmış idmançılardan olan ukraynalı Stanislav Horunaya verildi. Döyüşü vaxtından əvvəl dayandırmağa məcbur olan Rafael Ağayev zalı minlərlə tamaşaçının alqışları altında tərk etdi.

Dəfələrlə dünya və avropa çempionlarının qalibləri və mükafatçıları olan Rafael Ağayevlə Luici Busanın qarşılaşmasını isə mütəxəssislər turnirin ən maraqlı döyüşü kimi dəyərləndirdilər. Rəsmi yarışların finalları ilə birlikdə indiyədək 7 dəfə görüşən bu idmançılardan həmyerlimiz 5 dəfə tatamini qalib kimi tərk edib. Ötən mövsümü zədələrinin bərpasına sərf edən Rafael Ağayevdə peşəkar idmançı qüruru olduğunu söyləyən mütəxəssilər, uzun müddət yarışlara qatılmasa da yüksək titullara iddiasını davam elətdirən azərbaycan idmançısının döyüşlərindən bir daha zövq aldıqlarını dedilər.

Azərbaycan milli komandasının liderlərindən Rafael Ağayevə dünya idmanında böyük marağı nəzərə alaraq, onun Parisdə Premyer Liqa turnirindən döyüşlərini yüksək keyfiyyətli (HD) video formatda təqdim edirik.

Xəbər 2058 dəfə oxundu.