"Yuventus" yayda heyətinə yeni qapıçı qatacaq
"Yuventus" yayda heyətinə yeni qapıçı qatacaq. "Qoca sinyora" hazırda "Fiorentina"da forma geyinən Neto ilə razılığa gəlib. "Bənövşəyilər"lə qarşılıqlı razılaşmaya əsasən, braziliyalı qapıçı yayda "ağ-qaralar"ın heyətinə cəlb olunacaq. Neto 2011-ci ildən florensiyalıların şərəfini qoruyur. "Yuventus" rəhbərliyinin Netoya Canluici Buffonun əvəzləyicisi kimi baxdığı deyilir. 2001-ci ildən turinlilərin şərəfini qoruyan Buffon yanvarın 29-da 37 yaşını qeyd edib.

Xəbər 785 dəfə oxundu.