"Simurq" klubu daha bir futbolçu ilə münasibətləri rəsmiləşdirib
Transfer çalışmalarını davam etdirən "Simurq" klubu daha bir futbolçu ilə münasibətləri rəsmiləşdirib.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Zaqatala təmsilçisi Cihan Özkara ilə rəsmi müqavilə imzalayıb.

İcarə əsasında mövsümün sonuna qədər "Simurq"un şərəfini qoruyacaq gənc futbolçu "22" nömrəli forma ilə çıxış edəcək.

Xatırladaq ki, Cihan Özkara müqavilə əsasında "Sivasspor"a məxsusdur. Son üç mövsümdə Türkiyə təmsilçisinin şərəfini qoruyub.

Qeyd edək ki, "Simurq" transfer çalışmalarını davam etdirir. Yaxın günlərdə danışıqlar müsbət nəticələnərsə, daha bir futbolçu ilə rəsmi müqavilə imzalanacaq.

Xəbər 829 dəfə oxundu.