Emil Balayevin iki rəqibi qaldı
Emil Balayevin şərəfini qoruduğu Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu qapıçısı Timo Hildebrandla yollarını ayırıb. Klubun baş məşqçisi Tomas Şaaf 35 yaşlı qapıçıya ehtiyac duymadığını deyib. Hildebrandın gedişindən sonra frankfurtluların heyətində 3 qapıçı qalıb. Keçən ay “Ayntraxt”a transfer olunan həmyerlimiz Emil Balayev əsas heyətə düşmək uğrunda Kevin Trapp və Feliks Vidvaldla mübarizə aparmalı olacaq.

Xəbər 824 dəfə oxundu.