Elxan Məmmədov xüsusi müşavir təyin olunub
AFFA-nın baş katibi yeni vəzifə alıb. İdman.com.az saytının məlumatına görə, Elxan Məmmədov FİFA U-17 qadınlararası dünya çempionatının FİFA Təşkilat Komitəsinin xüsusi müşaviri təyin olunub. AFFA rəsmisi FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin sədridir.
Qeyd edək ki, ölkəmizdə mötəbər turnir bu ilin sentyabrın 22-dək oktyabrın 13-dək Bakı və Lənkəranda keçiriləcək.

Xəbər 1112 dəfə oxundu.