"İnter" "Sumqayıt"a qarşı (YENİLƏNİR)
Bu gün Azərbaycan Premyer Liqasında fasilə başa çatır.

Premyer Liqada 19-cu turun oyunları start götürəcək.

Açılış matçında "İnter" və "Sumqayıt" üz-üzə gələcək. Qış təlim-məşq toplanışını Antalyada keçirən Kaxaber Sxadadzenin komandası bu oyunun əsas favoriti hesab olunur. "İnter Arena"da keçiriləcək oyun saat 16:00-da başlayacaq.

Qeyd edək ki, Premyer Liqada 19-cu tura bazar günün keçiriləcək iki oyunla yekun vurulacaq.




30 yanvar

Premyer Liqa, 19-cu tur

16:00. “İnter” – “Sumqayıt”
Bakı. "İnter Arena"


31 yanvar (şənbə)

15:00. AZAL – “Neftçi”
Bakı. “AZAL Arena”.



1 fevral (bazar)

14:00. “Bakı” – “Qəbələ”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

17:00. “Simurq” – “Xəzər Lənkəran”
Zaqatala şəhər stadionu.

Xəbər 874 dəfə oxundu.