Millimizin Fransa və İngiltərə ilə oyunlarının vaxtı açıqlandı
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda mübarizə aparacaq millimizin keçirəcəyi oyunların vaxtı və stadionlar müəyyənləşib.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamız ilk görüşünü martın 26-da, Fransa millisinə qarşı keçirəcək.

"Luis Villemer" stadionunda baş tutacaq həmin oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.




26 mart

22:30. Fransa – Azərbaycan
Sent-Lo (Fransa). "Luis Villemer" stadionu


28 mart

21:30. İngiltərə – Azərbaycan
Bayeux (Fransa). "Henry Jeanne" stadionu


31 mart

22:00. Azərbaycan – Danimarka
Flers (Fransa). "Stade de Haze" stadionu


Qeyd edək ki, oyunların saatı Bakı vaxtı ilə göstərilib.

Xəbər 802 dəfə oxundu.